Çizkeyk. Asan resept

Çizkeyk. Asan resept


Hər növ yemək və şirniyyat reseptleri

Çizkeyk. Asan resept

Çizkeyk. Asan resept
Tərkib:
Xəmir:
- 300 qr şəkərli peçenye
- 150 qr kərə yağı
İçlik:
- 500 qr maskarpone pendiri (qaymaqlı pendir)
- 200 qr qaymaq
- 150 qr şəkər tozu
- 20 qr jelatin
Hazırlanması:
1. Jelatini 100 ml soyuq qaynanmış suda 1 saata isladın.
2. Peçenyeni blerderdə əzin, yağı əridin.
3. Yağı peçenyeyə əlavə edin, qarışdırın, formaya qoyun, yaxşı yastıladın, soyuducuya qoyun.
4. Jelatini odun üzərinə qoyun, qaynara düşəndə odun üzərindən götürün (qaynatmayın!), soyudun.
5. Qaymağı şəkər tozu ilə mikserlə çalın, maskarpone əlavə edin, yaxşı qarışdırın, jelatin əlavə edin, yenə qarışdırın.
6. Kütləni peçenyenin üzərinə qoyun, yastıladın, soyuducuda 3-4 saat saxlayın.
7. Masaya verəndə üzərinə şokolad tökmək olar.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 50 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024