Çox asan hazırlanan BAUNTİ TORTU

Çox asan hazırlanan BAUNTİ TORTU


Hər növ yemək və şirniyyat reseptleri

Çox asan hazırlanan BAUNTİ TORTU

Çox asan hazırlanan BAUNTİ TORTU
Məhsullar:
Şokoladlı lay üçün:
- 100 qr kərə yağı
- 150 qr şəkər tozu
- 3 yumurta
- 1 paket vanilin
- 4 x.q. kakao-toz
- yarım stəkan un
- 1 çimdik duz
- yarım ç.q. qabartma tozu
Kokoslu lay üçün:
- 20 qr kərə yağı
- yarım l süd
- 5 x.q. manna
- 150 qr şəkər tozu
- 150 qr kokos yonqarı
- vanilin
Qlazur:
- 100 qr şokolad
- 20 qr kərə yağı
Hazırlanması:
1. Yumşaq kərə yağını şəkər tozu və vanilinlə mikserlə çalın.
2. Yumurta, kakao, duz əlavə edin, qarışdırın.
3. Unu qabartma tozu ilə ələyin, kütləyə əlavə edin, qarışdırın.
4. Formaya yağ çəkin, xəmir qoyun, 180 C qədər qızdırılmış sobada 20-25 dəqiqə bişirin, soyudun.
5. Südü qızdırın, yağ və manna əlavə edin, qarışdırın.
6. Süd qaynamağa başlayanda kokos, şəkər tozu və vanilin əlavə edin, vam odda 5-10 dəqiqə saxlayın, soyudun.
7. Kokoslu kütləni korjun üzərinə çəkin, 1 saat soyuducuda saxlayın.
8. Qlazur: şokoladı su hamamında əridin, yağ əlavə edin, yaxşı qarışdırın, tortun üzərinə çəkin, üzərinə bir az kokos səpmək olar.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 100 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024