Çox asan hazırlanan KƏSMİKLİ PİROQ | Tatli.Biz
Çox asan hazırlanan KƏSMİKLİ PİROQ
Hər növ yemək və şirniyyat reseptleri

Çox asan hazırlanan KƏSMİKLİ PİROQ

Çox asan hazırlanan KƏSMİKLİ PİROQ
Çox asan hazırlanan KƏSMİKLİ PİROQ
Tərkib: - 300 qr kəsmik
- 100 qr xama
- 50 qr şəkər tozu
- 50 qr kişmiş
- 3 ədəd yumurta
- 4 x.q. manna yarması
- 1 çimdik duz
- şəkər pudrası
Hazırlanması:
1. Xamanı manna yarması ilə qarışdırın. 15 dəqiqə saxlayın ki, şişsin.
2. Kəsmiyi ələkdən sıxın, kütləyə əlavə edin, qarışdırın.
3. Yumurtanı ayrı qabda şəkər tozu ilə mikserlə yaxşı çalın.
4. Kişmişi qaynar suda yumşalana qədər saxlayın, salfetin üzərinə qoyun.  
5. Kəsmikli kütləyə duz, yumurtalı kütləni, kişmişi əlavə edin, yaxşı qarışdırın.
6. Formya bitki yağı çəkin, bir az manna yarması səpin, xəmiri qoyun.
7. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu 30-40 dəqiqə ərzində bişirin.
8. Piroqu soyudun, üzərinə pudra səpin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 107 nəfər
Tatli.Biz
Top.Mail.Ru
©Tatli.Biz 2010-2022