Çox dadlı ev çörəyi

Çox dadlı ev çörəyi


Hər növ yemək və şirniyyat reseptleri

Çox dadlı ev çörəyi

Çox dadlı ev çörəyi
Dadlı, yumşaq ev çörəyi hazırlamaq istəyirsinizsə, bu reseptdən istifadə edin.
İnqrediyentlər:
- 450 qr un
- 5 qr quru maya
- 240 qr süd
- 70 qr kərə yağı
- 25 qr şəkər tozu
- 8 qr duz
Hazırlanması:
1. İlıq süddə mayanı əridirik və 5-10 dəqiqə saxlayırıq.
2. Şəkər tozu, duz, hissə-hissə ələnmiş un əlavə edirik, qarışdırırıq.
3. Yumşalmış kərə yağı əlavə edirik və xəmir yoğururuq. Yumşaq, əllərə yapışmayan xəmir alınır.
4. Xəmiri dəsmalla örtürük və 1 saat ərzində saxlayırıq ki, qalxısn.
5. Sonra xəmiri bir qədər yoğururuq və 20 dəqiqə saxlayırıq.
6. Xəmiri istənilən formya (yumru, uzunsov) salırıq və kərə yağı çəkilmiş formaya qoyub 40 dəqiqə saxlayırıq.
7. Sobanı qabaqcadan 180 C qədər qızdırırıq və çörəyi 40-60 dəqiqə ərzində bişiririk.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 89 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024