Çox sadə "Fransız salatı"


Hər növ yemək və şirniyyat reseptleri

Çox sadə "Fransız salatı"

Çox sadə "Fransız salatı"
Fransız salatının hazırlanması qaydası çox sadədir, ən əsası isə onun tərkibi rahat tapılan məhsullardan ibarətdir. Digər tərəfdən salat çox faydalıdır. 15 dəqiqəyə hazırlanır. Bütün ərzaqları hazırlayın, növbə ilə sürtkəçdən keçirin və dərhal salat qabına qoyun. Çox tez və çox dadlı alınır

Tərkibi:

2 alma

4 bişmiş yumurta

2 təzə yerkökü

Mayonez

Soğan

Pendir

Hazırlanması:

1-ci qat pörtlədilmiş soğan (soğanı sevməyənlər əlavə etməyə bilərlər), mayonez

2-ci qat – sürtkəcin iri gözündən keçirilmiş 1 ədəd alma, üzərinə mayonez çəkilir

3-cü qat – sürtkəcin iri gözündən keçirilmiş 2 yumurta, üzərinə mayonez çəkilir

4-cü qat - sürtkəcin xırda gözündən keçirilmiş 1 yerkökü, mayonez

5-ci qat - sürtkəcin xırda gözündən keçirilmiş pendir

Qatlar aralarına mayonez çəkilməklə yenidən təkrarlanır: 1 alma, 2 yumurta, 1 yerkökü, pendir

Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026