Çox sadə HEYVA PİROQU


Hər növ yemək və şirniyyat reseptleri

Çox sadə HEYVA PİROQU

Çox sadə HEYVA PİROQU
Məhsullar:
- 1 iri heyva
- 3 yumurta
- 150 qr kərə yağı
- 1 stəkan şəkər tozu
- 1 stəkan un
- 1 ç.q. soda
- 1 x.q. limon şirəsi
- 1-2 x.q. pudra
Hazırlanması:
1. Yumurtanı şəkər tozu ilə mikserlə ağarana qədər çalın.
2. Un və limon şirəsi ilə söndürülmüş sodanı əlavə edin, ehtiyatla qarışdırın.
3. Əridilmiş və soyudulmuş kərə yağını əlavə edin, yenə ehtiyatla qarışdırın.
4. Heyvanı yaxşı yuyun, sürtgəcin iri gözündən keçirin, xəmirə əlavə edin, ehtiyatla qarışdırın.
5. Formaya perqament kağızı sərin, xəmiri qoyun.
6. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu təminən 40 dəqiqə bişirin, soyudun, pudra səpin.
Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 130 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026