Çox sadə kəsmikli peçenye

Çox sadə kəsmikli peçenye


Hər növ yemək və şirniyyat reseptleri

Çox sadə kəsmikli peçenye

Çox sadə kəsmikli peçenye
Tərkib:
- 200 qr kəsmik
- 1 stəkan un
- 100 qr şəkər tozu
- 100 qr kərə yağı
- 2 yumurta sarısı
- 1/2 ç.q. soda
- 1 çimdik duz
- 1 paket vanilin
- şəkər pudrası
Hazırlanması:
1. Kəsmiyi ələkdn sıxın ki, daha yumşaq və zərif olsun.
2. Yumşaq kərə yağı, yumurta, şəkər tozu, vanilin, duz əlavə edin, qarışdırın.
3. Sodanı limon şirəsi ilə söndürün, kütləyə əlavə edin, qarışdırın.
4. Ələnmiş un əlavə edin, xəmir yoğurun.
5. 30 dəqiqə ərzində soyuducuda saxlayın.
6. Xəmiri 1 sm qalınlıqda yayın və istənilən formalarda peçenye kəsin.
7. Sobanı qabaqcadan 180 C qədər qızdırın və peçenyeni 20-25 dəqiqə ərzində bişirin.  
8. Hazır peçenyeni soyudun, üzərinə pudra səpmək olar.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024