Çox sadə LİMON PEÇENYESİ

Çox sadə LİMON PEÇENYESİ


Hər növ yemək və şirniyyat reseptleri

Çox sadə LİMON PEÇENYESİ

Çox sadə LİMON PEÇENYESİ
Məhsullar:
- 1 stəkan un
- 6 x.q. şəkər pudrası (4 xəmirə, 2 üzərinə tökmək üçün)
- 80 qr kərə yağı
- 1 limonun sedrası (sarı qabığı)
- 2 x.q. limon şirəsi
- 1 x.q. nişasta
- 1 çimdik duz.
Hazırlanması:
1. Yumşaq kərə yağını pudra ilə yaxşı çalın.
2. Limon sedrasını sürtgəcdən keçirin, limondan şirə sıxın, yağlı kütləyə əlavə edin, qarışdırın.
3. Un, nişasta, duz əlavə edin, xəmir qatın, kolbasa şəklində yayın, plyonkaya bükün, 2 saat soyuducuda saxlayın.
4. "Kolbasanı" yarım sm qalınlıqda tikələrə kəsin.
5. Tavaya perqament sərin, peçenye düzün, qabaqcadan 180 C qədər qızdırılmış sobada 12-13 dəqiqə bişirin (peçenye qızarmamalıdır, ağ qalmalıdır), üzərinə pudra səpin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024