Dadlı leço resepti

Dadlı leço resepti


Hər növ yemək və şirniyyat reseptleri

Dadlı leço resepti

Dadlı leço resepti
Çox dadlı leço alınır. Reseptdə sirkə istifadə olunmur.
Tərkib:
- 4 kq qırmızı bolqar bibəri (və ya 2 kq qırmızı, 2 kq yaşıl bibər)
- 5 kq pomidor
- 2 kq baş soğan
- 1 stəkan bitki yağı
- 2 x.q duz
- 1 stəkan şəkər tozu
Hazırlanması:
1. Pomidorları yuyun, üzərinə əvvəl qaynar, sonra soyuq su tökün, qabıqlarını soyun, blenderdən keçirin, vam odda təxminən 30 dəqiqə ərzində qaynadın.
2. Soğanı təmizləyin, uzun-uzun doğrayın, yağda yumşalana qədər qızardın, sonra üzərinə pomidor kütləsini tökün, yaxşı qarışdırın.
3. Qaynamağa başlayanda uzun-uzun doğranmış bibərləri əlavə edin, vam odda 1 saat ərzində bişirin.
4. Hazır olana yaxın duz, şəkər tozu əlavə edin, ehtiyatla qarışdırın.
5. Hazır leçonu sterilizə olunmuş bankalara doldurun, qapaqları başlayın, ağzı aşağı olmaqla süfrənin üzərinə düzün, soyuyana qədər ədyalla örtün.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 76 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024