Dana əti Vellinqton resepti

Dana əti Vellinqton resepti


Hər növ yemək və şirniyyat reseptleri

Dana əti Vellinqton resepti

Dana əti Vellinqton resepti
Tərkibi:
can əti,
göbələk,
vetçina,
xardal,
filo xəmiri,
yumurta,
sarımsaq,
çerri pomidorları,
ədviyyatlar qarışığı

Hazırlanması:
1.Sobanı 200 dərəcəyədək qızdırın. Buz dolabından filo xəmirini çıxardın.

2.Gğbələkləri yuyun, iri doğrayın və blender və ya çəngəl ilə krem halına gətirin. Öz zövqünüzə görə duz və istiot əlavə edin. Tavanı yüksək odda qızdırın, yağ əlavə edin və alınmış göbələk kremini tavaya tökün. Artıq suyun çəkilməsi üçün 2 dəqiqə ərzində qarışdıraraq hazırlayın. Pasta hazır olduqdan sonra onu kənara qoyun.

3.Əti duz və istiotla marinə edin. Başqa bir tavanı qızdırın, zeytun yağı əlavə edin, əti tavaya qoyun və üzü qızaranadək hər tərəfdən 1-2 dəqiqə ərzində qızardın. Əti tavadan çıxardın və soyumasını gözləyin və daha sonra xardal ilə hər tərəfdən sürtün.

4.İş masanıza un səpələyin, xəmiri açın və bir istiqamətdə yüngülvari oxluqla açın (3-4 dəfədən çox olmadan). Daha sonra bütün xəmirin üzərinə vetçinanı düzün. Qaşıq vasitəsilə göbələk pastasını vetçinanın üzərinə sürtün. Sonra xəmirin əvvəlinə vetçinanın üzərinə əti yerləşdirin və rulet şəkilində bükün.

5.Xəmirin başlarını bükün, qıraqlarını bağlayın və yumurtanın sarısını üzərinə sürtün. Ruleti 20 dəqiqəlik sobaya qoyun, dərəcəsini 180-da qədər azaldın. Mütəmadi yoxlayın ki, rulet üzü yanmasın.

6.Hazır ruleti doğranma masasında bıçaqla kəsin və boşqaba qoyun. Öz zövqünüzə görə çerri pomidorları ilə bəzəyin.

Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 154 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024