Darçınla qozlu piroq

Darçınla qozlu piroq


Hər növ yemək və şirniyyat reseptleri

Darçınla qozlu piroq

Darçınla qozlu piroq
Tərkib:
Xəmir:
- 2 stəkan un
- 100 qr kərə yağı
- 1 stəkan şəkər tozu
- 2 yumurta
- 1 ç.q. soda
- 1 ç.q. qabartma tozu
- 1 stəkan xama
- 1 paket vanilli şəkər tozu
İçlik:
- 1 stəkan qoz
- yarım stəkan şəkər tozu
- 1 ç.q. darçın
- 2 x.q. əridilmiş kərə yağı (üzərinə tökmək üçün)
Hazırlanması:
1. Şəkər tozu, yumurta və kərə yağı mikserlə yaxşı çalınır.
2. Un, soda və qabartma tozu qarışdırırlır, yumurtalı-şəkərli kütləyə əlavə olunur, qarışdırılır.
3. Xama və vanilli şəkər tozu əlavə olunur, yenə yaxşı qarışdırılır.
4. İçlik: xırda doğranmış qoz, şəkər tozu və darçın qrışdırırlır.
5. Formaya yağ çəkin, bir az un səpin, xəmirin yarısını qoyun, hamarlayın, üzərinə içliyin çox hissəsini qoyun.
6. Üzərinə qalan xəmiri qoyun, qalan içlik səpin, əridilmiş yağ tökün.
7. Sobanı qabaqcadan 180 C qədər qırdırın, piroqu təxminən 1 saat ərzində bişirin. Hazır olub-olmadığını diş çöpü ilə yoxlayın.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 24 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024