Darçınla sadə peçenye
Hər növ yemək və şirniyyat reseptleri
Darçınla sadə peçenye

Məhsullar:
- 100 qr kərə yağı
- 2 yumurta
- 1 stəkan şəkər tozu
- 2 stəkan un
- yarım ç.q. soda + yarım ç.q. limon şirəsi
- 1 ç.q. darçın.
Hazırlanması:
1. Yumşalmış kərə yağı, yumurta, şəkər tozu, un və limon şirəsi ilə söndürülmüş sodanı yaxşı qarışdırın.
2. Tavaya kağız sərin, üzərinə çay qaşığının köməyi ilə peçenyeləri düzün.
3. Sobanı qabaqcadan 180 C qədər qızıdırın, peçenyeləri 10-12 dəqiqə bişirin.
Nuş olsun!