Dəmlənmiş Ağ Krem (foto izah)


Hər növ yemək və şirniyyat reseptleri

Dəmlənmiş Ağ Krem (foto izah)

Dəmlənmiş Ağ Krem (foto izah)
Dəmlənmiş Ağ Krem

Dəmlənmiş Ağ Krem (foto izah)
Lazım olan ərzaqlar:

200 q şəkər tozu
100 ml su
4 ədəd yumurtanın ağı

Hazırlanması:

Şəkər tozunu su ilə yaxşıca qarışdırırıq

Dəmlənmiş Ağ Krem (foto izah)
Daha sonra orta odda yavaş-yavaş "yumşaq kürəcik" (mən də 35 dəqiqə qaynadı) əmələ gələnə kimi bişiririk.

Dəmlənmiş Ağ Krem (foto izah)
"Yumşaq kürəciyin" əmələ gəldiyini bilmək üçün qarışıqdan bir az ayrı qabda qoyduğumuz soyuq suyun içinə tökürük.

Dəmlənmiş Ağ Krem (foto izah)
Əgər qarışıqdan kürəcik yaranacaqsa demək ki,qarışıq hazırdır.

Dəmlənmiş Ağ Krem (foto izah)
Ayrı qabda yumurtanın ağına bir çimdik duz tökərək yaxşıca mikreslə köpük yaranana kimi qarışdırırıq

Dəmlənmiş Ağ Krem (foto izah)
Sonra üzərinə qarışığı az-az əlavə edərək (isti şəkildə əlavə edilməlidir soyuq şəkildə olmaz)7-10 dəqiqə çalırıq.

Dəmlənmiş Ağ Krem (foto izah)
Müəllif : Leyla Abdullayeva

Dostlarınızla Paylaş

Saytda 250 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026