Dərini cavanlaşdıran, ağardan ÇİYƏLƏK MASKALARI
Tatli.Biz

Dərini cavanlaşdıran, ağardan ÇİYƏLƏK MASKALARI


Hər növ yemək və şirniyyat reseptleri

Dərini cavanlaşdıran, ağardan ÇİYƏLƏK MASKALARI

Dərini cavanlaşdıran, ağardan ÇİYƏLƏK MASKALARI
Çiyələk maskaları kosmetologiyada çox effektli sayılır. Bu maskalar:
- nəmləndirici təsir edir
- yağlı dərinin məsamələrini daraldır, təmizləyir, iltihabları azaldır
- dərini ölü hüceyrələrdən çox yaxşı təmizləyir (piling edir)
- yaxşı qidalandırır
- ağardır, piqment ləkələri aparır
- cavanlaşdırır, rəngini yaxşılaşdırır.
Ən yaxşı çiyələk maskaları:
1. Ağardıcı maska
Bir neçə çiyələyi yaxşı əzin və dəriyə çəkib 15 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun, nəmləndirici krem çəkin.
2. Cavanlaşdırıcı maska
2-3 çiyələk əzilir, 1 çay qaşığı bal, 1 çay qaşığı badam yağı əlavə olunur, yaxşı qarışdırılır, üz dərisinə çəkilir, 20 dəqiqədən sonra ilıq suda isladılmış tamponla silinir, qidalandırıcı krem çəkilir.
3. Nəmləndirici maska
3 çiyələk əzilir, 2 xörək qaşığı yağlı kəsmiklə qarışdırılır, üz dərisnə çəkilir, 20 dəqiqədən sonra ilıq su ilə yuyulur, nəmləndirici krem çəkilir.
4. Maska-pilinq
2-3 çiyələk əzilir, 2 x.q. qatıq və 1/2 çay qaşığı narın duz əlavə olunur, qarışdırılır, üz dərisinə çəkilir, yüngül massaj edilir. Daha sonra maskanı 10 dəqiqə saxlayın və ilıq su ilə yuyub qidalandırıcı krem çəkin.
Dəridə yaralar, kapilyar toru varsa, bu maskalardan istifadə etmək olmaz.
Çiyələk maskaları allergiya verə bilər (dəridə səpgilər, qaşınma). Bu səbəbdən istifadə etdikdən əvvəl çiyələyin şirəsini dərinin kiçik hissəsinə çəkin və 30 dəqiqə gözləyin. Heç bir reaksiya yoxdursa, çiyələk maskalarından istifadə edə bilərsiniz.
Bu maskalardan həftədə 1-2 dəfə istifadə etmək olar.

Dostlarınla Paylaş

Dərini cavanlaşdıran, ağardan ÇİYƏLƏK MASKALARI - Hər növ yemək və şirniyyat reseptleri


Dərini cavanlaşdıran, ağardan ÇİYƏLƏK MASKALARI, hər növ yemək və şirniyyat reseptleri, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Dərini cavanlaşdıran, ağardan ÇİYƏLƏK MASKALARI, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Whatsapp plus yukle, Instagram Plus yukle, Youtube Plus yukle, mahni yukle, mp3 yukle, azeri klipler, turk klipleri, sekiller, pulsuz mesaj, pulsuz internet, mp4 videolar, kitabxana, online, online tercume, Qarışıq Məqalələr, Şeirlər, Cinsəllik (+18), Hekayələr, Nusrət Kəsəmənli, Qəmli Notlar, Evlilik Mərasimi

Saytda 99 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021