Dərini yeniləyir, təravətləndirir, ləkələri aparır – GİL MASKALARI

Dərini yeniləyir, təravətləndirir, ləkələri aparır – GİL MASKALARI


Hər növ yemək və şirniyyat reseptleri

Dərini yeniləyir, təravətləndirir, ləkələri aparır – GİL MASKALARI

Dərini yeniləyir, təravətləndirir, ləkələri aparır – GİL MASKALARI
Gilin faydalı maddə olduğu hər kəsə bəllidir. Xüsusilə də ondan hazırlanan maskalar dərinin təravətli qalmasına inanılmaz kömək edir.
Tatli.Biz sizə faydalı gil maskalarının reseptini təqdim edir.
Detoks gil maskası
Lazım olanlar:
- 6 xörək qaşığı yaşıl gil
- 1 xörək qaşığı kakos yağı
- 1 xörək qaşığı bal
- Yarım limon suyu
Hazırlanması:
Verilən inqrediyentləri qarışdırın. Gil maye halını alana qədər bir az su da əlavə edə bilərsiniz. Qarışımı təmizlənmiş dəriyə həftədə 2 dəfə 20 dəqiqə tətbiq edin. İlıq su ilə durulayın. Detoks gil maskası dərinizi yeniləyib, qan dövranını sürətləndirəcək.
Ləkəli dəri üçün gil maskası
Lazım olanlar:
- 2 çay qaşığı sarıkök
- 5 xörək qaşığı yaşıl gil
- 1 xörək qaşığı bal
Hazırlanması:
Verilən ərzaqları qarışdırın. Su ilə maye halına gəlməsini təmin edin. Həftədə maksimum 3 dəfə 20 dəqiqə bu maskanı istifadə edə bilərsiniz. Gil və sarıkökün ləkəli dərilər üzərindəki təsirini mütəmadi istifadədə hiss edəcəksiniz.
Rahatladan gil maskası
Lazım olanlar:
- 1,5 xörək qaşığı yağsız qatıq
- 4 xörək qaşığı yaşıl gil
Hazırlanması:
Qatıq və gili qarışdırın. Maye halını alan qarışımı göz çevrəsi və dodaq kənarlarınızı çıxmaq şərti ilə üz dərinizə sürtün. 20-25 dəqiqə saxlayıb ilıq su ilə durulayın. Resepti hazırlayarkən metal qabdan istifadə etməyin. Mümkün qədər taxta qablardan istifadə edin.
Nəmləndirici gil maskası:
Lazım olanlar:
- 4 xörək qaşığı yaşıl gil
- 1,5 xörək qaşığı su
- 5 damcı qızılgül yağı
Hazırlanması:
Bütün inqrediyentləri qarışdırın. Təmizlənmiş dəriyə tətbiq edin. Həftədə 2 dəfə 20 dəqiqə dərinizdə quruyana qədər saxlayın. İlıq su ilə yuyub, su tərkibli bir nəmləndirici ilə dərinizi nəmləndirin.

Dostlarınla Paylaş

Saytda 183 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024