Dezodorantdan qalan ləkələri necə təmizləyək? 7 ÜSUL

Dezodorantdan qalan ləkələri necə təmizləyək? 7 ÜSUL


Hər növ yemək və şirniyyat reseptleri

Dezodorantdan qalan ləkələri necə təmizləyək? 7 ÜSUL

Dezodorantdan qalan ləkələri necə təmizləyək? 7 ÜSUL
Yayda əksəriyyətimiz dezodorantdan istifadə edir. Lakin bu vasitələrin bir mənfi tərəfi var ki, onlar qara paltarlarda ağ, ağ paltarlarda sarı ləkələr saxlayır.
Belə ləkələri aparmaq bəzən çox çətin olur. Bu səbəbdən çalışmaq lazımdır ki, belə problem əmələ gəlməsin. Bunun üçün dezosorantı yalnız quru dəriyə çəkin, tərkibində allüminium duzları olan dezodorantlardan istifadə etməyin, dezodorantı çəkdikdən sonra 5 dəqiqə saxlayın və yalnız sonra paltarınızı geyinin.
Əgər ləkə artıq əmələ gəlibsə, bu kimi vasitələrdən istifadə edin:
1. Paltara ləkə düşən kimi onu dərhal sərin suda yuyucu vasitə ilə yuyun. Köhnə ləkələr parçadan çətin gedir.  
2. Qara paltarlardan ləkələri aparmaq üçün təmiz əskini araqda isladın və ləkəni təmizləyin.
3. Qara paltarlardan dezodorant ləkələrini sirkə ilə də aparmaq olar. Axşamdan ləkəyə sirkə çəkin, səhər adi qaydada yuyun.
4. Duz bir çox ləkələri aparır. Axşamdan ləkəyə duz səpin, barmaqlarınızla bir qədər sürtün, səhər paltarı adi qaydada yuyun.
5. Qabyuyan vasitələr də yaxşı kömək edir. Lakin burada şəffaf qabyuyan vasitədən istifadə etmək lazımdır. Rəngli vasitə uyğun gəlmir. Qabyuyan vasitəni ləkənin üzərinə çəkin, 1 saat saxlayın, sonra paltarı yuyun.
 6. Naşatır spirti də yaxşı kömək edir. Spirti ləkəyə çəkin, bir neçə dəqiqə saxlayın, sonra paltarı yuyun.  
7. Təzə ləkəni limon şirəsi ilə aparmaq olar. Limon şirəsini pambığa sıxın, ləkəni sürtün, 1-2 dəqiqədən sonra paltarı yuyun.

Dostlarınla Paylaş

Saytda 176 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024