DİQQƏT! "Qarpız soyuducuda saxlanılmamalıdır"


Hər növ yemək və şirniyyat reseptleri

DİQQƏT! "Qarpız soyuducuda saxlanılmamalıdır"

DİQQƏT! "Qarpız soyuducuda saxlanılmamalıdır"
"Ağlasığmaz zəhərlənmələr də olur. İnsanlar kiflənmiş qatıq, kiflənmiş lavaş və pendirdən də zəhərlənir".

Tatli.Biz APA-ya istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin (KTM) Mədə-bağırsaq şöbəsinin müdiri, Bakı şəhərinin baş infeksionisti Gülarə Babayeva deyib. O bildirib ki, bu ilin 6 ayında KTM-nin 2-ci yoluxucu şöbəsinə 13 nəfər botulizmdən, 71 nəfər qida zəhərlənməsindən, 395 nəfər mədə - bağırsaq pozulması ilə daxil olub. Şöbə müdiri əlavə edib ki, şöbədə qida zəhərlənmələrindən ölüm hadisəsi baş verməyib.

"Meyvə-tərəvəzlər, əsasən qarpız soyuducuda 2-6 saatdan çox qalmamalı, qarpız soyuducunun aşağı rəflərində saxlanılmalıdır. Qarpız soyuducuda saxlanılmasa, daha yaxşı olar" - deyə. G. Babayeva vurğulayıb.

Dostlarınızla Paylaş

Saytda 115 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026