Düşbərə

Düşbərə


Hər növ yemək və şirniyyat reseptleri

Düşbərə

Düşbərə
Ərzaqlar: 
Düşbərə(8 nəfərlik)

Xəmir üçün:
3 st un
1 yumurta
1/2 ç.q duz
təxminən 1 st su

Yuxaları yaymaq üçün:

2-3 x.q un

İçlik üçün:

250-300 q soğanla çəkilmiş qoyun əti (250-300 qr ət ilə 1 ədəd balaca baş soğanı maşından keçirin)
duz

Suyu üçün:

2 ədəd baş soğan
2 x.q əridilmiş kərə yağı
4 l su ya da ət bulyonu
Duz (zövqə görə)
İstiot (zövqə görə)
Nanə qurusu (ya da təzə keşniş)

Hazırlanması:

Unu ələyib duz səpib yumurtanı sındırırıq və sudan töküb əvvəl qaşıqla sonra əlimizlə qarışdırıb normal xəmir yoğururuq.

Düşbərə
Düşbərə
Xəmirdən 3 kündə düzəldirik.

Düşbərə
Nazik yuxadan bir az qalın yuxa yayırıq.

Düşbərə
2×2 sm qalınlıqda kvadratlar kəsib 2-3 q içlikdən qoyub şəkildəki kimi bükürük.

Düşbərə
Düşbərə
Düşbərə
Düşbərə
3 yuxanın üçünü də yayıb kəsib içlik qoyub bükürük.

Düşbərə
Düşbərə
Soğanı doğrayıb duz səpib yağda qızılı rəngdə olana qədər qızardırıq.

Düşbərə
Düşbərə
Qızardılmış soğanın üstünə suyu (bulyonu) əlavə edib duzunu tökürük. Su (bulyon) qaynayanda bükdüyümüz düşbərələri tez-tez tək-tək suya tökürük. Tökdükcə qarışdırırıq ki, bir birinə yapışmasın. Duzuna bir də baxırıq. 15-20 dəqiqə qaynadırıq.

Düşbərə
Hazır olana yaxın nanə qurusunu əlavə edirik. Zövqə görə düşbərəni süfrəyə verəndə yanında sarımsaqla sirkə qoyulur. (Sarımsaq əzilib sirkə ilə qarışdırılır)

Düşbərə
Düşbərə
Qeyd: Əgər bulyon yoxdursa yeməyiniz daha da dadlı olmasını istəyirsinizsə, düşbərələri tökəndən sonra hazır quru bulyondan bir ədəd ovub tokə bilərsiniz.

Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024