Duzlu kələmlə dadlı şorba

Duzlu kələmlə dadlı şorba


Hər növ yemək və şirniyyat reseptleri

Duzlu kələmlə dadlı şorba

Duzlu kələmlə dadlı şorba
Tərkibi:
- 500 qr mal əti
- 4 kartof
- 300 qr duzlu kələm
- 2 baş soğan
- 2 kök
- 2 dəfnə yarpağı
- duz, istiot
- bitki yağı
Hazırlanması:
1. Əti tikələrə doğrayın, üzərinə 3 l soyuq su tökün, hazır olana qədər bişirin.
2. Soğanı təmizləyin, xırda doğrayın, kökü sürtgəcdən keçirin, kartofu kub şəklində doğrayın.
3. Soğanı bitki yağında 5 dəqiqə ərzində qızardın, kök əlavə edin, 5 dəqiqə qızardın.
4. Əti bulyondan çıxardın, bulyonu yaxşı süzün, duz, dəfnə yarpağı əlavə edin, qaynara düşəndə kartof əlavə edin, 10 dəqiqə bişirin.
5. Köklə soğanı və duzlu kələmi əlavə edin, 10 dəqiqə bişirin.
6. Ət əlavə edin, zövqə görə duz, istiot əlavə edin, 5 dəqiqə bişirin.
7. Şorba bişəndə dəfnə yarpaqları çıxardın.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 123 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024