Ən dadlı almalı piroq

Ən dadlı almalı piroq


Hər növ yemək və şirniyyat reseptleri

Ən dadlı almalı piroq

Ən dadlı almalı piroq
Çox dadlı, zərif və ətirli piroqdur.
Tərkib:
- 500-600 qr alma
- 200 qr un (1 + 1/3 stəkan)
- 1/3 stəkan şəkər tozu
- 100 qr kərə yağı
Üzərinə tökmək üçün:
- 2/3 stəkan xama
- 1/3 stəkan şəkər tozu
- 2,5 x.q. un
Ovuntu:
- 1/3 stəkan un
- 1/4 stəkan şəkər tozu
- 25 qr kərə yağı
- 1/2 ç.q. darçın
Hazırlanması:
1. Xəmir: yumşaq kərə yağı ələnmiş un və şəkər tozu ilə barmaqlarla ovulur.
2. Xama şəkər tozu və unla qarışdırılır, bir qədər çalınır.
3. Ovuntu: un, yumşaq kərə yağı, şəkər tozu barmaqlarla ovulur (xəmir kimi), darçın əlavə olunur.
4. Alma yuyulur, təmizlənir, nazik tikələrə doğranılır.
5. Formaya (26-28 sm) kərə yağı çəkilir, xəmir tökülür, kənarlar qaldırılır, alma qoyulur. Üzərinə xamalı kütləni, sonra isə ovuntunu tökün.  
6. Sobanı 180 C qədər qızdırın. Piroqu 35 dəqiqə ərzində bişirin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 184 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024