Ən yaxşı 3 YAY MASKASI. Sizin gözəlliyiniz üçün!

Ən yaxşı 3 YAY MASKASI. Sizin gözəlliyiniz üçün!


Hər növ yemək və şirniyyat reseptleri

Ən yaxşı 3 YAY MASKASI. Sizin gözəlliyiniz üçün!

Ən yaxşı 3 YAY MASKASI. Sizin gözəlliyiniz üçün!
Yayda ev şəraitində təzə meyvə və tərəvəzlərdə çox sadə və eyni zamanda effektli kosmetik maskaları hazırlamaq olar.
Sizə ən effektli 3 maskanın reseptini təqdim edirik.
1. Çiyələk maskası
Çiyələk dəri gözəlliyi üçün ən sınanmış və tanınmış vasitədir. Çiyələk maskası dərini çox yaxşı ağardır, qidalandırır, cavanlaşdırır.
5-6 çiyələyi əzin, 1 x.q. xama (quru dəri üçün ) və ya 1 x.q. kəsmiklə (yağlı dəri üçün) qarışdırın, təmiz dəriyə çəkin. 20 dəqiqədən sonra ilıq su ilə yuyun.
2. Ərik maskası
A vitamini ilə zəngi olan ərik dərini əla cavanlaşdırır və bərpa edir.
2-3 əriyi blenderdə əzin, 1 ç.q. zeytun yağı (quru dəri üçün) və ya 1 çalınmış yumurta ağını (yağlı dəri üçün) əlavə edin, qarışdırın, təmiz üz dərisinə çəkin, 20 dəqiqədən sonra ilıq su ilə yuyun.
3. Pomidor maskası     
Bu da çox effektli və faydalı maskadır. Dərini ağardır, daha dartılmış edir, cavanlaşdırır.
1 pomidorun ətini 1 ç.q. zeytun yağı (quru dəri üçün) və ya 1 x.q. üyüdülmüş yulaf yarması ilə ("gerkules") qarışdırın, dəriyə çəkin, 20 dəqiqədən sonra yuyun.

Dostlarınla Paylaş

Saytda 145 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024