Ən yaxşı ağardıcı maskalar. 3 RESEPT


Hər növ yemək və şirniyyat reseptleri

Ən yaxşı ağardıcı maskalar. 3 RESEPT

Ən yaxşı ağardıcı maskalar. 3 RESEPT
Ev şəraitində çox effektli ağardıcı maskaları hazırlamaq olar.
Bu maskalar dərinin rəngini yaxşılaşdırır, "açır", piqment ləkələri və çilləri daha görünməz edir, yüngül pilling effekti verir.
Maskaların reseptlərini sizə təqdim edirik.
1. Limon maskası
1/2 limon (qabıqlı) blenderdə əzilir, 1 x.q. üyüdülmüş düyü əlavə olunur, qarışdırılır. Maska üz və boyun dərisinə çəkilir, 20 dəqiqədən sonra ilıq su ilə yuyulur, nəmləndirici krem çəkilir.
2. Çiyələk maskası
6-7 iri çiyələk blenderdə əzilir, üz və boyun dərisinə çəkilir. Maskanı 15 dəqiqə ərzində saxlayın, sonra ilıq su ilə yuyun, nəmləndirici krem çəkin.  
3. Qatıq maskası
2 x.q. qatıq 1 ç.q. narın duzla qarışdırılır, üz və boyun dərisinə çəkilir, yüngül massaj edilir. Maskanı 15 dəqiqə saxlayın və sonra ilıq su ilə yuyun.

Dostlarınızla Paylaş

Saytda 85 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026