Əncirlə dadlı KEKS

Əncirlə dadlı KEKS


Hər növ yemək və şirniyyat reseptleri

Əncirlə dadlı KEKS

Əncirlə dadlı KEKS
Tərkib:
- 100 qr kərə yağı
- yarım stəkan şəkər tozu (zövqə görə bir qədər çox götürə bilərsiniz)
- 7-8 ədəd əncir
- 1 stəkan un
- 3 yumurta
- 2 ç.q. qabartma tozu
- yarım ç.q. darçın
- qoz, pudra (üzərini bəzəmək üçün)
Hazırlanması:
1. Yumşaq kərə yağını şəkər tozu ilə mikserlə yaxşı çalın, bir-bir yumurta bə darçın əlavə edin, çalın.
2. Unu qabartma tozu ilə birlikdə ələyin, yağlı kütləyə əlavə edin, ehtiyatla qarışdırın.  
3. Ənciri tikələrə doğrayın, xəmirə əlavə edin, ehtiyatla qarışdırın.
4. Formaya perqament kağızını sərin, xəmiri tökün.
5. Keksi qabaqcadan 190 C qədər qızdırılmış sobada təxminən 45-50 dəqiqə bişirin. Hazır olub-olmadığını quru diş çöpü ilə yoxlayın.
6. Keksi soyudun, üzərinə pudra səpin və qozla bəzəyin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024