Əriklə biskvit. Sadə resept | Tatli.Biz
Əriklə biskvit. Sadə resept
Hər növ yemək və şirniyyat reseptleri

Əriklə biskvit. Sadə resept

Əriklə biskvit. Sadə resept
Məhsullar:
- 2 yumurta
- 1 stəkan şəkər tozu (çox şirin xoşlamırsınızsa, daha az götürün)
- 1 stəkan un
- 100 qr kərə yağı
- 1 paket qabartma tozu (10 qr)
- 300 qr ərik
Hazırlanması:
1. Yumşaq kərə yağını şəkər tozu ilə mikserlə yaxşı çalın.
2. Bir-bir yumurta əlavə edin, yenə çalın.
3. Unu qabartam tozu ilə qarışdırın, ələyin, yumurtalı kütləyə əlavə edin, ehtiyatla qarışdırın.
4. Formaya (22 sm) yağ çəkin, bir az un səpin, xəmir qoyun, üzərinə 2 və ya 4 hissəyə bölünmüş ərikləri düzün.
5. Sobanı qabaqcadan 180 C qədər qızdırın, biskviti yuxarı hissəsi qızarana qədər bişirin.
6. Soyudun, pudra səpin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 115 nəfər
Tatli.Biz
Top.Mail.Ru
©Tatli.Biz 2010-2022