Əsl kəllə-paça RESEPTİ

Əsl kəllə-paça RESEPTİ


Hər növ yemək və şirniyyat reseptleri

Əsl kəllə-paça RESEPTİ

Əsl kəllə-paça RESEPTİ
Qışda sümükləri, toxumaları, bədəni xaş və kəllə-paçadan başqa nə isidə bilər, nə canlandırar? Övladlarınızı bu milli yeməklərə alışdırın, sevdirin.

Ərzaqlar:

- 2 ədəd mal (dana) ayağı

- su

- baş soğan

- duz

- yumru istiot

- dəfnə yarpağı

- sirkə-sarımsaq və ya abqora

Hazırlanma qaydası:

1. Malın ayaqlarını ocaqda ütüb, bıçaqla dırnaqlarını çıxarın, tüklərini təmizləyin.

2. Təmizlənmiş ayaqları balta ilə 2 - 3 yerə bölün.

3. Dırnaqların arasını yararaq orta hissəsində olan artıq hissəni kəsib atın.

4. Daha sonra ayaqları isti su ilə yaxşıca yuyun. Böyük ölçülü bir qazana kəsilmiş ayaqları yığın və üzərinə su tökün

5. Su ayaqların üzərini 15-20 sm örtməlidir. Qazanı zəif ocağa qoyun,vaxtaşırı kəfini yığın.

6. Su qaynamağa başladıqda, suyu boşlaldıb ayaqları bir daha yuyun. Qazana təmiz su töküb yuyulmuş ayaqları da əlavə edib zəif ocaqda gecədən səhərə kimi (ət sümükdən ayrılana qədər) bişirin.

7. Bişən xaşın içinə baş soğan əlavə edin. Bişirilməyin sonuna yaxın duz, istiot dənəsi və dəfnə yarpağı tökün.

Dostlarınla Paylaş

Saytda 112 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024