Ət və kartofla DADLI və DOYUMLU PİROQ

Ət və kartofla DADLI və DOYUMLU PİROQ


Hər növ yemək və şirniyyat reseptleri

Ət və kartofla DADLI və DOYUMLU PİROQ

Ət və kartofla DADLI və DOYUMLU PİROQ
Tərkib:
Xəmir:
- 250 qr kərə yağı
- 400-450 qr un
- 1 yumurta
- 3 dolu x.q. xama
- yarım ç.q. qabartma tozu
- duz
İçlik:
- 400 qr çəkilmiş ət
- 4-5 kartof
- 2 soğan
- 30 qr kərə yağı
- duz, istiot
Üzərinə çəkmək üçün - 1 yumurta
Hazırlanması:
1. Yumurta, xama, duz qarışdırılır.
2. Un qabartma tozu ilə birlikdə ələnir, yumurtalı-xamalı kütləyə əlavə olunur, qarışdırılır.
3. Yumşaq kərə yağı əlavə olunur, xəmir yoğrulur.
4. Xəmiri plyonkaya bükün, 1 saat soyuducuda saxlayın.
5. Xəmiri 2 hissəyə bölün - biri böyük, biri daha kiçik olmalıdır.
6. Formaya yağ çəkin, xəmirin böyük hissəsini yayın, formaya qoyun, qıraqları qaldırın.
7. Əti xəmirin üzərinə qoyun, duz, istiot vurun. Kartofu soyun, nazik doğrayın, ətin üzərinə düzün, duz. istiot vurun, üzərinə qızardılmış soğan qoyun, hamarlayın. Üzərinə nazik-nazik doğranmış yag qoyun.
8. Qalan xəmiri yayın, içliyin üzərinə qoyun, qıraqlarını bükün. Piroqun ortasında deşik açın.
9. Yumurtanı 1 ç.q. soyuq su ilə çalın, piroqun üzərinə çəkin.
10. Sobanı qabaqcadan 180 C qədər qızdırın. Piroqu 45-50 dəqiqə ərzində bişirin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024