Əti yupyumşaq bişirmək istəyənlərə 6 ÜSUL
Tatli.Biz

Əti yupyumşaq bişirmək istəyənlərə 6 ÜSUL


Hər növ yemək və şirniyyat reseptleri

Əti yupyumşaq bişirmək istəyənlərə 6 ÜSUL

Əti yupyumşaq bişirmək istəyənlərə 6 ÜSUL
Hər kəs yumşaq ət yemək istəyir. Bəs bu cür ət necə bişirməliyik? Aile.lent.az ətin suyunu itirmədən bişirməyin 6 üsulunu təqdim edir.
Qaynatma üsulu
Ən təsirli və dadı gözəl olan üsullardan biri qaynatmadır. Ətin qida dəyərini və dadını itirməməsi üçün çox təsirli bişirmə növüdür. Qaynatma digər bişirmə üsullarına nisbətən daha asan həzm olunur. Əti qazanda qaynamış suya atın, zəif odda bir müddət qaynadın. İstiliyin çox yüksək olmamasına diqqət edin, əks halda ət bərkiyər. İstəsəniz içinə kök, kartof, soğan kimi sevdiyiniz tərəvəzlər və ədviyyatlar əlavə edə bilərsiniz.
Qızartma üsulu
Əti qızardaraq bişirmək çox yağlı olduğu üçün digər üsullara nisbətən sağlam hesab edilmir. İstər az yağda qızardın, istər bol yağda, yağı neytral və yüngül olmalıdır. Qızartmaq üçün ən ideal dərəcə isə 200-250 arasıdır.
Qovurma
Əgər tələsirsinizsə, əti doğrayaraq qovura bilərsiniz. Nazik və xırda-xırda doğranmış ətləri yapışmayan tavada bişirin. İstəyinizə bağlı olaraq içinə 1 çay qaşığı yağ əlavə edə bilərsiniz. Qovurma qidaların sürətlə bişirilməsi üçün sağlam bir üsuldur. Eyni zamanda, ət bu üsulla bişirildikdə qida dəyərini də qoruyur.
Az odda bişirmək
Əti su əlavə etmədən, az odda öz suyu ilə bişirmək olar. Bu, digər üsullara nisbətən daha çox vaxt aparacaq. Lakin əmin olun ki, ləzzəti baxımından gözləməyə dəyər. Xüsusilə quzu əti ilə hazırlanan yeməklərdə bu üsuldan istifadə edin. 
Kabab üsulu
Ətin iki tərəfinin də bişməsinə əmin olmaq üçün hər tərəfi 4-6 dəqiqə bişirin. Kababı manqalda edirsinizsə, əti kömürlə təmas etmədən tərpətmək lazımdır. Əks halda, həm ətin dadı pis olur, həm də sağlamlıq baxımından zərərlidir.
Soba üsulu
Sobanı əvvəlcədən 180-200 dərəcədə isidin Ətin yaxşı bişməsi üçün üzərini folqa ilə bağlayın. Sobada bişirmə üsulunun üstünlüyü əlavə yağa ehtiyac duyulmamasıdır. Beləliklə də, daha sağlam və ləzzətli ət yemiş olacaqsınız.
Aile.lent.az

Dostlarınla Paylaş

Əti yupyumşaq bişirmək istəyənlərə 6 ÜSUL - Hər növ yemək və şirniyyat reseptleri


Əti yupyumşaq bişirmək istəyənlərə 6 ÜSUL, hər növ yemək və şirniyyat reseptleri, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Əti yupyumşaq bişirmək istəyənlərə 6 ÜSUL, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Sevgi Smsleri, Dostluq Smsleri, Tebrik Smsleri, Ayrılıq Smsleri, Ad Gunu Smsleri,Prikol Smsler, Turkce Smsler, Qarışıq Smsler, Letifeler, Xoruz ili Haqqında, Ulduzlar bu ilə nə deyir?, Xoruz ilində bizi nə gozləyir?, 2021-ci ildə nə gətirəcək?, Bu ildə doġulan insanların xasiyyətləri, Bu ildə doġulan insanların xarakterləri, Bu ildə doġulan insanların xususiyyətləri, Xoruz ilinə dair Mayya qoroskopu, Xoruz ilində bu burclər Varlanacaq, Xoruz ilində doġulan məşhurlar

Saytda 149 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021