Ətirli şokoladlı pryaniklər

Ətirli şokoladlı pryaniklər


Hər növ yemək və şirniyyat reseptleri

Ətirli şokoladlı pryaniklər

Ətirli şokoladlı pryaniklər
Çox dadlı və ətirli şirniyyatdır, tez və asan hazırlanır.
İnqrediyentlər:
xəmir üçün:
- 2,5 stəkan un
- 2 x.q. kakao-toz
- 2 ədəd yumurta
- 1 stəkan şəkər tozu
- 100 qr kərə yağı
- 1 ç.q. soda
- 1 ç.q. darçın
- 5 x.q. duru bal
içlik üçün: qatı cem və ya ərik, qavalı qurusu, marmelad, şokolad tikələri.
qlazur üçün: 5 x.q. şəkər kirşanı ("pudra"), 2,5 x.q su.
Hazırlanması:
1. Şəkər tozu, kakao, yumurta, kərə yağı, soda, darçın, bal qarışdırılır və su hamamında 10 dəqiqə ərzində qızdırılır (daim qarışdırın).
2. Oddan götürülür, ələnmiş un əlavə olunur, yumşaq elastik xəmir yoğrulur.
3. Xəmiri yayın, stəkanla dairələr kəsin, içlik qoyun və kürəciklər formasına salın.  
4. Tavaya kərə yağı çəkin, pryanikləri düzün (aralarında 3-5 sm məsafə olmalıdır).
5. Sobanı qabaqcadan 180 C qədər qızdırın və pryanikləri təxminən 15 dəqiqə ərzində bişirin.
6. Qlazur bişirin: şəkər kirşanı su ilə qarışdırılır və bir qədər qızdırılır.
7. Qlazuru hazır pryaniklərin üzərinə fırça ilə çəkin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 174 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024