Hər növ yemək və şirniyyat reseptleri
Ətlə dadlı və doyumlu SALAT

Məhsullar:
- 150 qr bişmiş mal əti (toyuq filesindən də istifadə etmək olar)
- 200 qr konservləşdirilmiş lobya
- 3 yumurta
- 3 duzlu xiyar
- 1 kiçik baş soğan
- 1-2 diş sarımsaq
- mayonez, duz, istiot
Hazırlanması:
1. Soğanı xırda doğrayın və yağda yumşalana qədər qızardın.
2. Ət, xiyar, yumurtanı kub şəklində doğrayın (2 yumurta sarısını saxlayın, salatın özərini bəzəmək üçün)
3. Mayonezə sarımsaq sıxın, qarışdırın.
4. Bütün məhsulları qarışdırın, duz, istiot, sarımsaqlı mayonez əlavə edin, qarışdırın.
5. Salatın üzərini yumurta sarısı ilə bəzəyin.
Nuş olsun!