Ətli badımcan boxçası (foto resept)

Ətli badımcan boxçası (foto resept)


Hər növ yemək və şirniyyat reseptleri

Ətli badımcan boxçası (foto resept)

Ətli badımcan boxçası (foto resept)
Tərkibi:
4 ədəd orta boy badımcan
1/2 çay stəkanı zeytinyağı
800 qram kiçik tikə quzu əti
1 ədəd orta boy quru soğan
1 diş sarımsaq
1 ədəd orta boy pomidor
1/2 şirin qaşığı bibər salçası1
çay qaşığı duz
1/2 çay qaşığı dənə istiot
1/2 şirin qaşığı kəklikotu
1 ədəd dəfnə yarpağı
2 çay stəkanı qaynar su

Hazırlanması:
Uc hissələrini aldığınız badımcanların qabığını alabəzək şəkildə soyun. Acısının çıxması və qaralmamaları üçün bol duzlu suda gözləməyə alın. Quru soğanı kiçik küplər halında yeməli doğrayın. Sarımsağı incə nazik dilimləyin. Ortadan ikiyə kəsib uc hissələrini aldığınız pomidoru rəndənin xırda hissəsinə rəndələyin. Zeytunyağının yarısını geniş əsaslı bir tavada qızdırın. Quru soğan və sarımsaq əlavə edib yüngül bir rəng alana qədər soteleyin. Ətleri əlavə edib yüksək atəşdə soğanlarla birlikdə qovurmaya başlayın. Ətlər rəng almağa başlayanda rəndələnmiş pomidor və bibər salçasını qatın, qarışdırın. Dəfnə yarpağı, kəklikotu, dənə istiot və isti su əlavə edib qapağı örtülü qazanda ətlər bişənə qədər bişirin. Bişirme əməliyyatı sonrasında ətləri ayrı bir kənara alıb qalan sousu süzgəcdən keçirin. Duzlayın. Duzlu suda saxladığınız badımcanların artıq suyunu sıxıb üstünü silin. Qalan zeytun yağıyla yüngülcə yağlayıb qızardın, ya da geniş əsaslı bir tavada tərs üz edərək qızardın.

Boxçaları hazırlamaq üçün; Üç ədəd qızarmış badımcan kəsiyini orta boy bir dərin boşqab içinə çarpaz şəklində yerləşdirin. İç qismini ətli qarışıqla doldurub uc hissələrini birləşdirərək sıx bağlayın. Hazır olan boxcanı tərsinə çevirib soba xonçasına alın. Eyni prosesi badımcan dilimləri və ət qurtarana qədər təkrar edin. Tomatlı sous qarışığını əlavə edib əvvəlcədən isidilmiş 180 dərəcə sobada 30-35 dəqiqə qədər pişirin. Sobadan çıxardığınız badımcan boxcalarını qalan tomatlı sousu üzərinə gəzdirərək servis edin.

Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 72 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023