Ev şəraitində DADLI ŞAURMA

Ev şəraitində DADLI ŞAURMA


Hər növ yemək və şirniyyat reseptleri

Ev şəraitində DADLI ŞAURMA

Ev şəraitində DADLI ŞAURMA
Evdə çox dadlı və doyumlu şaurma hazırlamaq olar. Şaurmanı qəlyanaltı, şam yeməyi üçün hazırlaya bilərsiniz.
Tərkib (2 şaurma üçün):
- 2 iri lavaş
- 400 qr toyuq əti (bud)
- 2 xiyar
- 2 pomidor
- az miqdarda kələm, cəfəri, duz
Sous:
- 4 x.q. qatı xama
- 4 x.q. qatıq
- 3 diş sarımsaq
- 2 ç.q. alma sirkəsi və ya limon şirəsi
- duz, istiot
Hazırırlanması:
1. Toyuq ətini sümüklərdən ayırın, kiçik tikələrə doğrayın.
2. Üzərinə 1 x.q. bitki yağı, duz, istiot, sarıkök əlavə edin, qarışdırın, 40 dəqiqə saxlayın.
3. Sous hazırlayırıq. Xama, qatıq, xırda doğranmış sarıkök, alma sirkəsi (və ya limon şirəsi), duz, istiot əlavə edin, yaxşı qarışdırın. Sous çox duru olmamalıdır.
4. Kələmi, cəfərini xırda doğrayın, yaxşı əzin.
5. Xiyarı və pomidoru uzun-uzun doğrayın.
6. Toyuğu qızardın.
7. Lavaşı açın, üzərinə sous çəkin. Lavaşın qırağına yaxın xiyar və pomidor, üzərinə kələm və sonra toyuq əti qoyun, sous tökün.
8. Lavaşın qıraqlarını içəriyə doğru bükün və sonra lavaşı rulet formasında bükün, bir az sıxın.
9. Tavanı yaxşı qızdırın (yağdan istifadə olunmur), şaurmanı 15-20 saniyə ərzində hər iki tərəfdən qızardın.
Nuş olsun!
Evdarlıq.Az

Dostlarınla Paylaş

Saytda 97 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024