Ev şəraitində mascarpone hazırlanması
Hər növ yemək və şirniyyat reseptleri
Ev şəraitində mascarpone hazırlanması

Ev şəraitində maskarponenin sadə və tez hazırlanması resepti. Dadı isə sadəcə heyrətamizdir.
Marketlərdə satılanlardan heç də pis alınmır, üstəlik onlardan daha ucuz başa gəlir.
Tərkibi:
200 qr. 18% kəsmik
200 ml. 33% qaymaq
Hazırlanması:
Kəsmiyi 2 dəfə sürtkəcdən keçirin, sonra ona soyuq qaymaq qatın və mikserlə aşağı sürətlə, qatılaşana kimi qarışdırın. Həcmli kütlə alınana kimi qarışdırmaq lazımdır.