Ev şəraitində QALET peçenyesinin hazırlanması

Ev şəraitində QALET peçenyesinin hazırlanması


Hər növ yemək və şirniyyat reseptleri

Ev şəraitində QALET peçenyesinin hazırlanması

Ev şəraitində QALET peçenyesinin hazırlanması
Qalet peçenyesi ən məşhur peçenyelərdən biridir. Bu diyetik peçenyeni uşaqlar da, böyüklər də xoşlayır.
Dükanlarda satılan belə peçenyelərin tərkibinə marqarin və s. ziyanlı maddələr daxil edilir. Ev şəraitində çox dadlı və faydalı qalet peçenyesini hazırlamaq olar.
İnqrediyentlər:
- 100 qr un
- 30 qr nişasta (kartof və ya qarğıdalı)
- 2 x.q bitki yağı
- 2 x.q. şəkər tozu
- 1 x.q. süd
- 1 yumurta
- 1 ç.q. vanilli şəkər tozu
- 1/2 ç.q. qabartma tozu
- 1 çımdik duz
Hazırlanması:
1. Un, nişasta, qabartma tozu birlikdə ələnir.
2. Yağ, şəkər tozu, vanilli şəkər tozu, yumurta, duz əlavə olunur, yaxşı qarışdırılır.
3. Kütləyə hissə-hissə unlu-nişastalı qarışıq əlavə olunur, qarışdırılır.
4. Xəmir yoğrulur. Xəmir yumşaq və elastik alınmalıdır, əllərə yapışmamalıdır. Xəmir əllərə yapışırsa, bir az un əlavə edin.
5. Xəmiri çox nazik (təxminən 2 mm qalınlığında) yayın, kiçik düzbucaqlar şəklində kəsin.
Ev şəraitində QALET peçenyesinin hazırlanması
6. Hər peçenyeni çəngəllə deşin və qabaqcadan 180 C qədər qızdırılmış sobada 10-15 dəqiqə ərzində bişirin.   
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 63 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023