Ev təmizliyi üçün çox dəyərli qızıl bilgilərdən faydalanın

Ev təmizliyi üçün çox dəyərli qızıl bilgilərdən faydalanın


Hər növ yemək və şirniyyat reseptleri

Ev təmizliyi üçün çox dəyərli qızıl bilgilərdən faydalanın

Ev təmizliyi üçün çox dəyərli qızıl bilgilərdən faydalanın
* 1 stəkan karbonat və 2 qaşıq boraks qarışdırıb bir bankaya qoyun. Bu qarışıq hamamdakı hər şeyi təmizləmək üçün istifadə edilə bilər. Təmizlədiyiniz yeri su ilə durulayı yumşaq bir bezlə qurulayın.

* Bərabər miqdarda sirkə və su qarışığı ilə nəmləndirilmiş süngərə duz və ya karbonat səpib istifadə edə bilərsiniz.

* Hamam yerlərini təmizləmək üçün 4 litr isti suya 1 xörək qaşığı karbonat, 1 çay qaşığı boraks, iki qaşıq soda, yarım stəkan sirkə və kifayət qədər qabyuyan əlavə edin. Yaxşıca qarışdırıb yerlərə fırçayla tətbiq edin. Təmiz suyla isladılmış yumşaq bir bezlə qurulayın. Bu qarışıq tualet ətrafını da qoxudan təmizləyib dezinfeksiya edərək təmizləyir. Bu qarışığı tualetə boşaldıb bir neçə dəqiqə gözlədin və fırçalayıb tualetin suyunu çəkə bilərsiniz.

* 1 stəkan karbonat ilə 4 qaşıq sodanı qarışdırın. Sobaya bolluca su səpin, sonra da kirin üzərinə bu toz halındakı qarışığı tökün. Üzərinə bir az daha su səpin. Gecə boyunca elə gözləsin. Sabah köhnə bir süngər ilə kir və yağları ovaraq silin. Daha sonra süngərə bir az qabyuyan töküb sobanın kənarlarını, üstünü və qapağının içini təmizləyin, sabunundan yaxşıca təmizləmək üçün də yaş bezlə silin. Çox pis ləkələr üçün metal sürtmə telindən istifadə edə bilərsiniz.

* Mikrodalğalı soba üçün; 1 fincan karbonatı su ilə qarışdıraraq məcun edin. Sobanın qapağını və içini süngər üzərinə qoyduğunuz bu qarışıqla təmizləyin. Sonra da yaxşıca qurulayın.

* Yanmış qazan / tavalarınızı duzlu və ya içində kartof qabıqları olan suda bir gecə gözlətdikdən sonra qaynadıb təmizləyə bilərsiniz.

* Yanmış çaydanlarınız üçün 1 çay qaşığı karbonat, 1 çay qaşığı duz, yarım stəkan sirkə və bir az suyu qarışdırıb çaydanın içində qaynadın.

* Qoxuları çəkməsi üçün soyuducunun həm özündə, həm də dondurucu hissələrində bir qutu karbonat saxlayın.

* Ayda bir dəfə soyuducunu dayandırıb bütün yeməkləri çölə çıxarın. 1 fincan karbonat və kifayət qədər qabyuyanı 4 litr isti suda qarışdırın. Qutular və qablar daxil olmaqla bütün səthləri bu qarışıqla təmizləyib yarım stəkan sirkə qarışdırılmış isti suyla durulayın.

Dostlarınla Paylaş

Saytda 73 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024