Ev tomatı. Sadə resept

Ev tomatı. Sadə resept


Hər növ yemək və şirniyyat reseptleri

Ev tomatı. Sadə resept

Ev tomatı. Sadə resept
Ev şəraitində çox dadlı və faydalı tomat hazırlamaq olar. Dükanlarda satılan tomatla müqayisədə olun tərkibində heç bir kimyəvi konservant və s. ziyanlı maddələr yoxdur.
Tərkib:
- 5 kq yetişmiş pomidor
- 2 x.q. duz
- 1 x.q. şəkər tozu
Hazırlanması:
1. Pomidorları yuyun, süzgəcə yığın, üzərinə əvvəl qaynar su, sonra soyuq su tökün, qabıqlarını soyun.
2. Pomidorları 4 hissəyə bölün, özəyini çıxardın, ətçəkən maşınından və ya blenderdən keçirin, duz, şəkər tozu əlavə edin.
3. Alınmış kütləni emallı qazana tökün (allüminium qazanlardan istifadə etmək olmaz), güclü odda qaynara düşənə qədər qızdırın, sonra vam odda 40 dəqiqə ərzində qaynadın (bundan da çox qaynatmaq olar). Bişirilmə zamanı tomatı taxta qaşıqla qarışdırın, üzərinə çıxan köpüyü yığın.
4. Bankaları və qapaqları yuyun və yaxşı sterilizə edin.
5. Tomatı qaynar halda bankalara doldurun, qapaqlarla kip bağlayın, ağzı aşağı olmaqla dəsmalın üzərinə düzün, üzərini şal və ya ədyalla örtün.   
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 120 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024