Evdə maska hazırlayarkən bunları nəzərə alın

Evdə maska hazırlayarkən bunları nəzərə alın


Hər növ yemək və şirniyyat reseptleri

Evdə maska hazırlayarkən bunları nəzərə alın

Evdə maska hazırlayarkən bunları nəzərə alın
Müxtəlif maskalarla sağlam və gözəl dəriyə sahib olmaq mümkündür.
Mütəxəssislər deyir ki, maskadan əvvəl hazırlıq mərhələsi olmalıdır. Bu mərhələdə  bitkilərin dəriyə daha yaxşı işləməsi üçün məsamələri təmizləmək lazımdır. Cökə, gicitkən və ya kəklikotunu suda qaynadaraq, üzünüzü buxara verin. Buxar duşu əvəzinə həmin qarışımla üzünüzü də silə bilərsiniz. Bu mərhələdən sonra evdə sadə üsullarla bitkilərdən hazırladığınız maskanı 15 dəqiqəyə qədər üzünüzdə saxlayın. Beləcə, təbii məhsullarla sızanaqlar kimi dəri problemlərinə və ekoloji mühitin səbəb olduğu təsirlərə qarşı dərinizi gücləndirmiş olarıq.
Maskanın hazırlanması
Gözəllik və sağlamlıq maskaları hazırlamaq üçün təzə bitkilərdən birini krem, qliserin və ya balın içində əzərin. Tərəvəz və meyvələri mövsümünə görə hazırlayın. Məsələn, payızın ən gözəl maskaları üzüm və almadan hazırlana bilər. Eyni şəkildə bir az araşdıraraq, şəfalı yabanı bitkilərdən də faydalana bilərsiniz. Cökə, itburnu, kəklikotu, bənövşə kimi bitkilərin dərimizi müalicə və qulluq etmək xüsusiyyətləri var. Bu bitkilərdən həm çay kimi içərək, həm də maskalar kimi istifadə edərək ikiqat faydalana bilərsiniz.
Maska hazırlayarkən diqqət!
Bu maskaları hazırlayarkən diqqət edilməsi lazım olan ən əhəmiyyətli məqam bitkilərin böcək və həşərat öldürücülər olmamasıdır. Ən güvənli yol bağçanızda və saxsıda bitirməkdir. Bu da mümkün deyilsə, sertifikatlı məhsullardan satın ala bilərsiniz. Həssas və qızarmış dərilərdə və ya dəri xəstəliyinə istiqamətli bitki mənşəli məhsullar istifadə edərkən həkiminizlə məsləhətləşin.
İstifadə edə biləcəyiniz bitkilər:
Cökə - dərini yumşaldır, qırış meydana gəlməsinin qarşısını alır. Saç tökülməsinə qarşı təsirlidir.
Adaçayı - diş və diş ətlərini qoruyur. Ödəmli və dəri xəstəlikləriylə mübarizə aparır. Saçların inkişafını sürətləndirir.
Limon suyu - quruducu və ləkə aradan qaldırıcı xüsusiyyətə malikdir.
Kəklikotu və lavanda suyu - antimikrobik xüsusiyyətə malikdir.
Gül suyu - sakitləşdiricidir.
At quyruğu  - hüceyrə yeniləyicidir. Qaşıntını aradan qaldırar. Saç tökülməsinə qarşı təsirlidir.
Gicitkən - dəri xəstəliklərində təsirlidir. Dərini canlandırır.
Çobanyastığı çayı - saçları canlandırır. Sızanaq, eqzema və arpacığa qarşı təsirlidir.
Yaşıl çay  - iltihabın qarşısını alır. Dərini yeniləyən antioksidanlar ehtiva edir.
Qatıq - dərini yumşaldır və hamarlaşdırır.
Gil - məsamələri təmizləyir.
Yulaf - vitamin və minerallar var. Üyüdülmüş yulaf dərini düzləşdirir.
Bal - dərini nəmləndirir. Antimikrobik təsiri vardır.
Qliserin - yağlandırmadan nəmləndirir.
Meyvə və tərəvəz  - dəriyə çox faydalıdır, dərini yeniləyən antioksidanlar ehtiva edir.
Alma və üzüm sirkəsi - antimikrobikdir və dərini yeniləmə xüsusiyyətlərinə malikdir.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 39 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024