Evdə nanə mürəbbəsi resepti

Evdə nanə mürəbbəsi resepti


Hər növ yemək və şirniyyat reseptleri

Evdə nanə mürəbbəsi resepti

Evdə nanə mürəbbəsi resepti
Tərkibi:
Bir dəstə yaxşıca yuyulmuş təzə nanənin yarpaqları,
Yarım limonun suyu,
2 su stəkanı şəkər tozu,
Bir stəkan içmə suyu

Hazırlanması:
Nanələri ayırtlayaraq təmiz-təmiz yuyun.
Suyunun süzülməsi üçün gözləyin və suyu süzüldükdən sonra bir qazana alın.
Üzərinə şəkər tozunu əlavə edib qarışdırın.
Qazanın qapağını örtərək nanələrin özünü salması üçün bir gecə saxlayın.
Daha sonra ocağın altını yandırın və üzərinə həmən 1 su stəkanı içmə suyu əlavə edərək orta atəşdə qaynadın.
Dibinin tutmaması üçün aram- aram taxta qaşıq ilə qarışdırın və üzərində köpüklənmə olarsa bu köpükləri yığın.
Qatılaşdığı gözlənincə üzərinə yarım ədəd limonun suyunu qatın və bir az daha qaynatdıqdan sonra ocağın altını qapadın vəqazanı bir kənarda 3-4 dəqiqə dincəldin.
Daha öncə təmizlənmiş və yaxşıca qurudulmuş banka içərisinə hələ isti halda yığın və bankanın ağzını möhkəm bağlayaraq ağzı üstə çevrilerek soyumaya qoyun.
Soyuduqdan sonra soyuducuya yığın.

Nuş olsun!

Tatli.Biz


Saytda 120 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024