Evdə pizza hazırlamağın SADƏ ÜSULU

Evdə pizza hazırlamağın SADƏ ÜSULU


Hər növ yemək və şirniyyat reseptleri

Evdə pizza hazırlamağın SADƏ ÜSULU

Evdə pizza hazırlamağın SADƏ ÜSULU
Çoxumuz pizza yeməyi sevirik. Hətta bəzilərimiz pizzanı evdə hazırlamaq istəyirik, amma nəticə elə də ürəkaçan olmur.
Tatli.Biz-ın sizə təqdim etdiyi reseptlə pizza hazırlamaq həm çox asan, həm də ləzzətli olur. Bu reseptlə pizzanın xəmirini özünüz yoğura və əla pizzalar bişirə bilərsiniz.
Xəmiri üçün:
- 4,5 stəkan un
- 2 qaşıq quru maya
- Yarım qaşıq duz
- 2 stəkan ilıq su
- 1 yumurta
- 1 stəkan qatıq
- 1 stəkan süd
- 3-4 qaşıq zeytun yağı
Üzəri üçün:
Rəndələnmiş motzarella və ya holland pendiri
Sosis, göbələk, zeytun və istədiyiniz hər cür ərzaq
Pomidor sousu üçün:
- 2 qaşıq tomat pastası
- 1 kasa ilıq su
- 2 diş sarımsaq
- Ədviyyatlar
Hazırlanma qaydası:
Evdə pizza hazırlayarkən xəmiri də özünüz yoğursanız çox gözəl olar. İncə xəmir üçün isə bu resepti yoxlamalısınız.
Xəmir üçün olan vəsaitləri qarışdırın və yumşaq bir xəmir əldə edin. Üzərini nazik sellofanla bağlayıb 15-20 dəqiqə saxlayın.
Mayalanan xəmirinizi dəzgahın üzərinə un səpdikdən sonra əlinizlə basaraq yayın. Pizza xəmiri yayarkən əlinizi unlamağı unutmayın.
Pizza xəmirini təxminən boşqab ölçülərində yaydıqdan sonra qaba qoyaraq çəngəllə xəmiri bir neçə yerindən dəlin. Belə etdikdə o, qabarmayacaq və hər yanı bərabər bişərək incə olacaq. Daha sonra onun üzərinə sous sürtün. Ən üstə isə pizza vəsaitlərini yerləşdirin. Əvvəldən isidilmiş 200 dərəcə sobada pendirlər qızarana qədər 20-30 dəqiqə bişirin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 168 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024