Evdə pratik alma sirkəsi tərifi- Ucuz, asan, qatqısız, və faydalı

Evdə pratik alma sirkəsi tərifi- Ucuz, asan, qatqısız, və faydalı


Hər növ yemək və şirniyyat reseptleri

Evdə pratik alma sirkəsi tərifi- Ucuz, asan, qatqısız, və faydalı

Evdə pratik alma sirkəsi tərifi- Ucuz, asan, qatqısız, və faydalı
(anton, ya da smerinko növü) təmiz yuyun, çürük yerlərini kəsin, şirə maşınından (ya da geniş gözlü rəndədən) keçirin. Çiy horranı şüşə bankalara, yaxud ağac və ya saxsı qablara tökün, qaynanmış su (bir qədər isti) əlavə edin (hər 400 qr horraya 0.5 l. su). Sonra hər litr suya 100 qr bal, yaxud rafinə olunmamış şəkər, 10 qr çörək mayası (droj) və 20 qr quru çörək əlavə edin.
Dolu qabı 10 gün açıq, 20-30 dərəcədə istidə saxlayın. Horranı gündə 2-3 dəfə ağac qaşıqla qarışdırın. 10 gündən sonra kütləni tənzif torbaya töküb sıxın. Alınmış şirəni təkrar tənzifdən süzün. Çəkisini müəyyən edib gen boğazlı qaba tökün. Hər litrə 50-100 qr bal, yaxud şəkər tökün, tam əriyənə qədər qarışdırın. Sonra bankanı tənziflə örtün ki, qıcqırma davam etsin. 40-60 gündən sonra maye şəffaf olacaq. Bu vaxt mayeni filtirli qıfdan keçirin, şüşə qablara tökün, ağzını tıxacla qapayın və qapağı mumlayın.
Sirkə sərin yerdə saxlanılmalıdır.
Daha asan yolla hazırlanma qaydası:
dadlı alma əzilir – 3kq
şəkər — 2 xörək qaşığı
noxud — 6-7 ədəd
1 st alma sirkəsi
Bunlar qarışdırılır, yığılır balona, ağızı tənziflə örtülür. Otaq temperaturunda, qaranlıq yerdə saxlanılır. 5-6 həftədən sonra sirkə qoxusu gəlməyə başlayacaq. Dadından və qoxusundan sirkə alındığını anlayınca üzündəki kif yığılır, süzülür, soyuducuda saxlanılır və istifadə edilir.

Dostlarınla Paylaş

Saytda 35 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024