Evdə qarpızlı MOXİTO hazırla

Evdə qarpızlı MOXİTO hazırla


Hər növ yemək və şirniyyat reseptleri

Evdə qarpızlı MOXİTO hazırla

Evdə qarpızlı MOXİTO hazırla
Bahalı kokteylləri kafelərdə içmək elə də vacib deyil. Evdə asanlıqla məşhur kokteylləri hazırlamaq varkən...Məsələn, QARPIZLI MOXİTO

Ərzaqlar:
Şirəli qarpız dilimləri – 700 qr.
Təzə alma şirəsi – 1 st.
Limon – 1 ədəd
Nanə - 3-4 saplaq
Şəkər tozu – 2 ç.q.

Hazırlanması:
Qarpız dilimlərinin tumu çıxarılır. 3-4 saplaq nanə yarpaqları doğranılır. Bir ədəd limon şirəsi sıxılır. Qarpız alma şirəsi ilə birgə blenderdə çalınır və limon şirəsi ilə nanə bura qatılır.
Kokteyl qədəhlərinin kənarları su ilə isladılır və üzü aşağı şəkər tozunun üzərinə basılır ki, şəkər kənarına yapışsın. Qarpızlı qarışıq ehtiyatla qədəhə boşaldılır. Kənarına nanə yarpağı və bir-iki dilim laym qoyulur.

Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 98 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024