Evdə qatıq hazırlamağın QAYDASI

Evdə qatıq hazırlamağın QAYDASI


Hər növ yemək və şirniyyat reseptleri

Evdə qatıq hazırlamağın QAYDASI

Evdə qatıq hazırlamağın QAYDASI
Qatığın faydalarını hamımız bilirik. Gündəlik menyumuzda yer almalı olan qidalardan biri qatıqdır.
Qatığı mütləq dükandan, bazardan almağınıza gehtiyac yoxdur. Özünüz də evdə qatıq hazırlaya bilərsiniz. Sizə evdə qatıq hazırlamağın qaydasını təqdim edirik.
Lazım olan ərzaqlar
- 1,5 litr süd (təbii inək südü daha yaxşıdır)
- 2 xörək qaşığı qatıq
Hazırlanma qaydası:
İlk olaraq südü qazana tökün. Vam odda ara-sıra qarışdıraraq qaynadın. Süd köpüklənib qalxmağa başlayanda altını söndürün və soyumağa qoyun. 15 dəqiqə sonra südün istiliyini yoxlayın.. Termometriniz varsa ölçün, 45°C olmalıdır. Termometriniz yoxdursa, barmağınızı südün içinə salın. 10 saniyəyə qədər barmağınızı südün içində saxlaya bilirsinizsə, deməli, lazımi istilikdədir.
Ardınca 2 xörək qaşığı qatığı bir kasaya qoyup çırpın. Çırptığınız qatığı südün içinə əlavə edin və qarışsırın. Daha sonra qazanın qapağını bağlayın və qazanı isti ədyala bükün. Qatığı otaq temperaturundan asılı olaraq 4-6 saat saxlayın. Daha sonra ədyalı açın və mayalanan qatıq özünü tam tutsun deyə 10 saat soyuducuda saxlayın. Ev qatığınız hazırdır.
Nuş olsun!
Aile.Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 73 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024