EVDƏ – SOBADA TİKƏ KABAB HAZIRLA


Hər növ yemək və şirniyyat reseptleri

EVDƏ – SOBADA TİKƏ KABAB HAZIRLA

EVDƏ – SOBADA TİKƏ KABAB HAZIRLA
Bu resept gürcülərə aiddir. Gürcüsayağı ət – sobada bişən əsl kabab dadını verir. Bir sözlə, siz bu cür ətlə tanış olandan sonra daha kababı bişirmək üçün yer, şiş, manqal axtarmayacaqsınız. Ürəyiniz tikə kabab istəyən kimi onu elə mətbəxinizdə, sobanızda hazırlayacaqsınız.

Ərzaqlar:

Quzu əti – 1 kq.
Bal – 2 x.q.
Limon – yarım dənə
Xama – 1 x.q.
Xmeli-suneli – zövqə görə
Şüyüd, keşniş, rozmarin, reyhan, cəfəri – zövqə görə
Duz
İstiot

Hazırlanması:

Əti tikələrə bölürsünüz. Göyərtini xırdalayırsınız. Limonun şirəsini sıxırsınız. Onları ətə əlavə edirsiniz. Bal, ədviyyatlar vurulur, qarışdırılır və soyuducuda 2-3 saat saxlanılır. Soyuducudan çıxarandan sonra xama ilə qarışdırırsınız və ətləri soba listinə düzürsünüz. 180 dərəcədə 50-60 dəqiqə bişirin.
dadlar.az

Dostlarınızla Paylaş

Saytda 154 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026