Evliliyi gücləndirən əlamətlər – Hər gün tətbiq edin
Tatli.Biz

Evliliyi gücləndirən əlamətlər – Hər gün tətbiq edin


Hər növ yemək və şirniyyat reseptleri

Evliliyi gücləndirən əlamətlər – Hər gün tətbiq edin

Evliliyi gücləndirən əlamətlər – Hər gün tətbiq edin
Həyat yoldaşınızla birlikdə etdiyiniz adi bir hobbi belə münasibətlərinizin güclənməsinə səbəb  olar. "Cütlük ritualı"nı mənalı, güclü münasibətdə olan iki insan arasında planlı, yenilənən paylaşım kimi qiymətləndirmək olar. Rituallar həyat yoldaşınızla paylaşdığınız bağı mütəmadi olaraq yada salır.
Sevginizi və aranızdakı bağı simvolizə edir. Bununla yanaşı, rituallar güvənmək duyğusunu gücləndirmək üçün də faydalıdır. 
Ritual mərasimləri olduqca sadə və ya mürəkkəb ola bilər, gündəlik və ya da illik proseslərdə təkrarlana bilər. Bu mərasimlər cütlüklərin bir-birinə və əlaqələrinə müsbət formada bağlanmalarını təmin edir.
Münasibət rituallarına bəzi nümunələri bu cür sadalamaq olar:
- Görüşərkən və ya ayrılarkən qucaqlaşma, öpüşmə və ya öz aranızda bir hərəkət
- Bir-birinizdən gününüzün necə keçdiyi soruşmaq
- Gün ərzində bir-birinizi axtarmaq və ya mesaj yazmaq
- Bir-birinizə məzəli selfie-lər göndərmək
- Bir-birinizə qeydlər yazmaq və tapacağını ümid etdiyiniz yerlərə qoymaq
- Birlikdə bir kitab oxumaq
- Səhərlər yataqdan durmazdan əvvəl danışmaq və qucaqlaşaraq bir az vaxt keçirmək
- Danışmaq və bölüşmək üçün günün müəyyən bir saatını təyin etmək
- Bütün gecəni birlikdə keçirmək
- İkinizin bir hobbinizin olması
- Birlikdə ictimai məsuliyyətlər boynuna götürmək
- Köhnə fotoşəkillərə baxmaq
- Birlikdə yemək hazırlamaq
- Bir-birinizə sevimli "ləqəblər"lə müraciət etmək
Rituallar müxtəlif məqsədlərə xidmət edir:
1. Müəyyən bir davranışa duyğularınızı da qatır
2. Aranızdakı qarşılıqlı münasibəti artırır
3. Qarşılıqlı olaraq romantik bağlılığınızı gücləndirir
4. Arzuladığınız bir ruh halı və ya da duyğu yaratmağa kömək edir
5. Güclü bir birlikdəlik duyğusu yaradır
Ritualların tərəf müqabilinizlə aranızda iş birliyi meydana gətirdiyini unutmayın. Onlar aranızdakı romantik bağın fərqli əks olunmalarıdır və kiçik də olsa xüsusidirlər. Bununla yanaşı, münasibətinizin ümumi keyfiyyəti üzərində böyük təsirə malikdir.
Ritualların olub-olmamasını müəyyən etmək üçün özünüzə və tərəf müqabilinizə dair bir-biriniz üçün nələr etdiyinizi soruşun. Yan-yana olmasanız belə, bir-birinizi düşündüyünüzü müəyyən etmək üçün nələr edirsiniz? Bu sualları cavab verməkdə çətinlik çəkirsinizsə, bəzi rituallar yaratmağa çalışın.
Ritual meydana gətirmək üçün sadəcə onu tətbiq etməyə başlayın. Bu daimi olaraq edildikdə bir ritual halına gələcək. Bu təşəbbüsü qaldıran sizsinizsə, həyat yoldaşınız bu davranışı sizdən davamlı olaraq gözləməyə başlayacaq və ehtimalla qarşılığını verməyə çalışacaq. Unutmayın ki, ritualların uzun, davamlı olması sağlam bir evlilik üçün lazımdır.
Aile.lent.az

Dostlarınla Paylaş

Evliliyi gücləndirən əlamətlər – Hər gün tətbiq edin - Hər növ yemək və şirniyyat reseptleri


Evliliyi gücləndirən əlamətlər – Hər gün tətbiq edin, hər növ yemək və şirniyyat reseptleri, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Evliliyi gücləndirən əlamətlər – Hər gün tətbiq edin, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Sevgi Smsleri, Dostluq Smsleri, Tebrik Smsleri, Ayrılıq Smsleri, Ad Gunu Smsleri,Prikol Smsler, Turkce Smsler, Qarışıq Smsler, Letifeler, Xoruz ili Haqqında, Ulduzlar bu ilə nə deyir?, Xoruz ilində bizi nə gozləyir?, 2021-ci ildə nə gətirəcək?, Bu ildə doġulan insanların xasiyyətləri, Bu ildə doġulan insanların xarakterləri, Bu ildə doġulan insanların xususiyyətləri, Xoruz ilinə dair Mayya qoroskopu, Xoruz ilində bu burclər Varlanacaq, Xoruz ilində doġulan məşhurlar

Saytda 139 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021