Fantaziya salatı

Fantaziya salatı


Hər növ yemək və şirniyyat reseptleri

Fantaziya salatı

Fantaziya salatı
Tərkib:
- 2 toyuq döşü
- 3 yumurta
- 2 kartof
- 4 marinə edilmiş xiyar
- 1 banka marinə edilmiş şampinyon
- 80 q bərk pendir
- mayonez
- duz
Hazırlanması:
1.Toyuq ətini suda bişirib soyudun. Yumurtaları suda bişirib təmizləyin. Kartofu suda qabıqlı bişirin, təmizləyin. Marinə edilmiş göbələyin suyunu süzün.
2. Yastı qabın içinə hündür dairəvi halqa formanı (kənarları hamar olsun deyə) qoyun. Kartofu sürtgəcin iri gözündən keçirin. Duz vurub mayonez çəkin.
3. Xırda doğranmış toyuq ətini döşəyin, mayonez çəkin.
4. Göbələyi döşəyin.
5. Xırda doğranmış yumurtaları göbələyin üzərinə döşəyib azca basın, mayonez çəkin.
6. Marinə edilmiş xiyarları xırda kub şəklində doğrayıb döşəyin.
7. Salatın üzərinə pendiri sürtgəcin xırda gözündən keçirin. Üzərinə qida plyonkası çəkib soyuducuda 1-2 saat saxlayın.
8. Salatın kənarındakı halqanı çıxarıb üzərini zövqünüzə görə bəzəyin.
Nuş olsun!
Milli.az

Dostlarınla Paylaş

Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024