Fransızsayağı balıq


Hər növ yemək və şirniyyat reseptleri

Fransızsayağı balıq

Fransızsayağı balıq
Fransızsayağı bişirilmiş balığın dadı əvəzolunmazdır. Onu bizim reseptimizlə hazırlasanız, çox razı qalacaqsınız.

Tərkibi:

• Bir dəstə şüyüd

• 2 xörək qaşığı tomat pastası

• 3/5 kq balıq filesi

• Pendir

• Bir çimdik dəniz duzu

• 1 çimdik acı istiot

• 3 diş sarımsaq

• 5 pomidor

Hazırlanması:

1. Əvvəlcə balıq filesini götürürük (qızılbalıq), onu doğrayırıq, duzlayıb, istiotlayırıq.
2. Balığı yağlanmış qabın içərisinə qoyuruq. Yuxarısına pomidor halqaları düzmək lazımdır.
3. Sonra xırdalanmış sarımsaq, duz və zövqə görə istiot səpilir.
4. Üzərinə tomat pastası (ketçup da olar) və doğranmış şüyüd səpilir. Bəyəndiyiniz başqa göyərtilər də olar.
5. Üzərinə sürtkəcdən keçirilmiş pendir səpilərək 180 dərəcədə qızdırılmış sobaya qoyulur bə 35 dəqiqə bişirilir.

Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 231 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026