Gavalı acikası - FOTO

Gavalı acikası - FOTO


Hər növ yemək və şirniyyat reseptleri

Gavalı acikası - FOTO

Gavalı acikası - FOTO
Tərkibi:

2 kq gavalı
200 q sarımsaq (5-6 baş orta boy)
2-3 acı istiot
1 kq qırmızı şirin bibər
şüyüd, cəfəri, yaşıl və qırmızı reyhan, tərxun - hərəsindən 1 dəstə
2-2,5 x.q. duz
70-100 q şəkər tozu (gavalının sortundan asılıdır)
hərəsindən 1/4-1/2 ç.q. qara istiot, üyüdülmüş keşniş toxumu, mixək, zirə

Sarımsağı təmizləyib yuyun, qurudun.
Gavalını yuyub dənəsini çıxarın.
Şirin bibəri və acı istiotları yuyun, şirin bibərin toxumunu çıxarın, dörd yerə bölün.
Göyərtini yuyub suyunun çəkilməsi üçün aşsüzənə yığın. Tərxunun yarpaqlarını budaqlarından ayırın.

Sarımsağı ət maşınından keçirib bir qaba qoyun.

Ayrı qaba ət maşınından gavalını, acı istiotu və bibəri, göyərtini çəkin, qalın dibli metal qazana tökün.
Duz, istiot, üyüdülmüş ədviyyat əlavə edib yaxşıca qarışdırın, orta itilikli ocaqda bişirin. Qaynara düşəndə ocağı azaldın, 15-20 dəqiqə bişirin. Sarımsaq əlavə edib daha 5 dəqiqə bişirin.

Acikanı quru steril bankalara töküb steril quru qapaqlarla bağlayın. Bankaları tərs çevirib ədyala bükün, tam soyudun. Sonra soyuq və qaranlıq yerdə saxlayın.

Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 131 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024