Gavalı ilə piroq. Çox asan resept!

Gavalı ilə piroq. Çox asan resept!


Hər növ yemək və şirniyyat reseptleri

Gavalı ilə piroq. Çox asan resept!

Gavalı ilə piroq. Çox asan resept!
Məhsullar:
Xəmir üçün:
- 1 stəkan şəkər tozu
- 120 qr kərə yağı
- 1 stəkan un
- 2 yumurta
- 1 ç.q. qabartma tozu
- 1 çimdik duz
- 500 qr gavalı
Üzərinə səpmək üçün:
- 2,5 x.q. şəkər tozu
- 1 ç.q. darçın
Hazırlanması:
1. Yağı şəkər tozu ilə mikserlə yaxşı çalın.
2. Bir-bir yumurta və duz əlavə edin, yenə çalın.
3. Unu qabartma tozu ilə ələyin, kütləyə əlavə edin, ehtiyatla qarışdırın.
4. Formaya yağ çəkin, bir az un səpin, xəmir qoyun.
5. Gavalını yuyun, 2 hissəyə bölün, çəyirdəkləri çıxardın, xəmirin üzərinə düzün.
6. Şəkər tozunu darçınla qarışdırın, gavalınn üzərinə səpin.
7. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu 40-45 dəqiqə ərzində bişirin. Hazır olub-olmadığını diş çöpü ilə yoxlayın.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 76 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023