Giləmeyvəli piroq

Giləmeyvəli piroq


Hər növ yemək və şirniyyat reseptleri

Giləmeyvəli piroq

Giləmeyvəli piroq
Kəsmikli giləmeyvəli piroqun hazırlanma qaydasını təqdim edirik.
Xəmir:
- 100 q yumşaldılmış kərə yağı
- 2 yumurta
- 150 q şəkər tozu
- 2,5 st. un
- 1 ç.q. qabartma tozu
İç:
- 3 yumurta
- 150 q şəkər tozu
- 500 qr yağlı kəsmik
- 2 x.q. nişasta
- 1 paket vanil
- 1 st. giləmeyvə
- 1 x.q. nişasta (giləmeyvə üçün)
1. Xəmir: Yağ, yumurta, şəkər tozu, un, qabartma tozunu qarışdırıb eynicinsli xəmir yoğurun.  
2. İç: Blenderdə kəsmik, nişasta (2 x.q.), şəkər tozu, yumurta və vanili eynicinsli kütlə alınanadək qarışdırın.
3. Xəmiri nazik yayın. Kənarı açılan yağlanmış formanın içinə qoyun. Bir neçə yerindən çəngəllə deşin.
4. Giləmeyvəni nişastayla qarışdırın (kəsmikli kremə rəngi çıxmasın deyə).
5. Xəmirin üzərinə kremi çəkin, giləmeyvəni səpin.
6. 200 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin.
7. Sobadan çıxarandan sonra formada soyudun.
Nuş olsun!
Milli.az

Dostlarınla Paylaş

Saytda 124 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024