Göbələk və toyuqla JULYEN

Göbələk və toyuqla JULYEN


Hər növ yemək və şirniyyat reseptleri

Göbələk və toyuqla JULYEN

Göbələk və toyuqla JULYEN
Məhsullar:
- 400 qr toyuq filesi
- 400 qr göbələk
- 1 baş soğan
- 200 ml qaymaq (20-30%-lik)
- 150 qr holland pendiri
- bitki yağı (qızartmaq üçün)
- duz, istiot
Hazırlanması:
1. Toyuğu kiçik tikələrə doğrayın, bitki yağında bir qədər qızardın.
2. Doğranmış soğanı əlavə edin, bir neçə dəqiqə qızardın.
3. Göbələyi doğrayın, tavaya əlavə edin. Göbələyin suyu buxarlanandan sonra 5-7 dəqiqə bişirin.
4. Duz, istiot, qaymaq əlavə edin, qarışdırın, vam odda bir az bişirin.
5. Pendiri sürtgəcdən keçirin, yeməyin üzərinə səpin, tavanın qapağını bağlayın, 1-2 dəqiqədən sonra oddan götürün.
6. Masaya verəndə üzərində xırda doğranmış göyərti səpmək olar.
Nuş olsun!
Evdariq.az

Dostlarınla Paylaş

Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024