Göbələklə toyuq SOBADA | Tatli.Biz
Göbələklə toyuq SOBADA
Hər növ yemək və şirniyyat reseptleri

Göbələklə toyuq SOBADA

Göbələklə toyuq SOBADA
Məhsullar:
- 1 toyuq (1-1,2 kq)
- yarım kq şampinyon göbələyi
- 6-7 qara iri gavalı (tumsuz)
- 1 baş soğan
- 1 ç.q. paprika
- 2 x.q. mayonez
- duz, qara istiot
- kərə və bitki yağı
Hazırlanması:
1. Soğanı doğrayın, bitki və kərə yağı qarışımında yumşalana qədər qızardın, doğranmış göbələk əlavə edin, su çəkilənə qədər qızardın, duz, istiot vurun.
2. Gavalını doğrayın, tavaya əlavə edin, qarışdırın, 1-2 dəqiqə qızardın.
3. Toyuğun içinə göbələklə soğanı doldurun,  üstünə paprika əlavə olunmuş mayonez çəkin, tavaya qoyun.
4. Toyuğu 200 C qədər qızdırılmış sobada 40 dəqiqə bişirin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 60 nəfər
Tatli.Biz
Top.Mail.Ru
©Tatli.Biz 2010-2022